Francis Greenway britaniyalı memar idi. O 1812-ci ildə sənəd və qiymətli kağızları saxtalaşdırmaq səbəbindən edam cəzasına layiq görülür. Lakin son nəticədə onun cəzası Avstraliyada 14 il həbs cəzasına dəyişdirilir.
Sürgündə olan Francis Yeni Cənubi Uelsə gətirilir və burada ştatın eks qubernatoru və onun tanışı olan Artur Filippin köməkliyi ilə müstəmləkəçilər üçün tikilən evlərdə işə düzəldilir. Bu tikinti isə 1816-1818-ci illəri əhatə edirdi.
Bələdiyyə dustaq olan Francis-in işini qiymətləndirir və ona azadlığa buraxılması üçün bilet verir. O tək Sidneydə 49 tikilinin inşasında yaxından iştirak etmişdir. Francis Greenway Makkouri dəniz fənərinin, Vindzor məhkəmə binasının, Ali Məhkəmə binasının, Müqəddəs Ceyms kilsəsi və s. tikililərin memarı olmuşdur.
Memarlıqda göstərdiyi bacarıq və nailiyyətlərinə görə onun təsviri 10 avstraliya dollarının üzərində həkk edilmişdir (1966-93). Beləliklə, Francis Greenway Avstraliya tarixində banknot üzərində təsviri olan ilk və yeganə cinayətkar idi.