9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanla Qətər arasında viza rejimi ləğv edilib

Azərbaycanla Qətər arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Sənədə əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Saziş təsdiq edilib.

Qeyd edək ki, Saziş 2021-ci il oktyabrın 18-də Bakı şəhərində imzalanıb.

Son xəbərlər
Digər xəbərlər