1 C
Baku
Saturday, December 14, 2024

Yəhudilərin biznes sirləri

Yəhudi xalqı qədim vaxtlardan özlərinin biznes idarə edə bilmək, cəmiyyətdə müəyyən mövqe tutmaq və yaxşı sərvət yığa bilmək  bacarıqları ilə məşhurdurlar. İlk baxışdan bu heç nə ilə izah edilə bilməz. Lakin əslində bu qədim xalqın nümayəndələrinin onlara bu işdə kömək edən bır sıra vərdiş və xarakter xüsusiyyətləri vardır. Bu xüsusiyyətlər də onları digər millətlərdən fərqləndirir.

Bəs uğur qazanmış millət olaraq yəhudilər biznesin idarə edilməsi üçün nə məsləhət görürlər.

  • Həyatda vacib olan əsas şey balansdır.
  • İşi başqasına həvalə etməyi öyrən!
  • Qürur üzərindən həyata keç və sənə lazım olanı tələb et.
  • Daim digərləri ilə salamlaşmaq vərdişini qoru.
  • Vaxtını boşa xərcləmə.
  • Yalnızca həqiqətən deyiləcək sözün olduqda danış.
  • Həyatını planlaşdır.
  • İşçilərinin əmək haqqısını zamanında ver.
  • Verdiyin söz dəmir kimi olmalıdır. Vəd etdinsə, et!
  • Yaxın bildiyin insanların varını, öz varın kimi qoru və qiymətləndir.
  • Özünü yaxşı insanlarla əhatə et. Pis mühitdən və kinli qonşuluqdan uzaq ol.
  • Şam yanana qədər işlə. Hər nə baş verir versin irəliyə doğru hərəkət et.
  • Heç vaxt qarşındakı insanı təhqir etmə.
  • Hər kəsin xoş sözlətə haqqı var.
  • Zamanı oğurlayan oğrunun, dəyərli əşya oğurlayan oğrudan heç bir fərqi yoxdur.
  • Düşündüyün hər şeyi də demək lazım deyil.
  • Müdir işçisinin necə yaşadığından xəbərdar olmalıdır.
  • İnsana çətin zamanında pul ver. Bu daha sonradan sənə 100 qat şəkildə geri dönəcək olan insan gələcəyinə edilən sərmayədir.
  • Varlı – sahib olduğu şeylərlə xoşbəxt olmağı bacaran şəxsdir.

Son xəbərlər
Digər xəbərlər