e.customs.gov.az portalında “Açıq məlumatlar” bölməsi yaradılıb.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev öz rəsmi twitter səhifəsində yazıb.
O, qeyd edib ki, bu bölmə vasitəsilə müraciət formaları, daşıma şirkətləri üçün müvafiq məlumatların portala yüklənmə qaydaları, DGK-nın elektron sistemlərində istifadə olunan təsnifatlar əldə edilir.
Banker.az həmin bölmənin görüntüsünü təqdim edir: