16 C
Baku
Wednesday, May 8, 2024

AZAL: Bakı-İstanbul-Bakı aviareysləri sabah yerinə yetiriləcək

İstanbul hava limanından alınan rəsmi məlumata əsasən, güclü qar səbəbindən yanvarın 26-sı saat 00:00-a qədər (İstanbul vaxtı ilə) hava limanının fəaliyyəti dayandırılıb.

Banker.az AZAL-a istinadən xəbər verir ki, bununla əlaqədar olaraq, həm Bakı-İstanbul, həm də İstanbul-Bakı marşrutu üzrə AZAL-ın bütün planlaşdırılmış reyslərinin yerinə yetirilməsi sabah günün birinci yarısına keçirilib.

AZAL bütün sərnişinlərindən yenilənmiş məlumatları aviaşirkətin çağrı mərkəzindən, AZAL-ın İstanbul nümayəndəliyindən, KİV vasitəsilə və “Azərbaycan Hava Yolları”nın rəsmi sosial şəbəkə səhifələrindən almalarını xahiş edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər