10 C
Baku
Wednesday, December 11, 2024

5 illik dövlət istiqrazlarının gəlirliliyi 5.62%-ə düşdü

25 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108003945 ISIN-li, 35 mln. manat həcmində, 1820 gün (5 il) tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 91.8891 AZN (8%) və 101.8100  AZN (5.5801%) manat olan 21 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.5062 AZN (5.65%) manat, orta ölçülmüş qiyməti 101.6475 (5.6174%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 136,024,000.00 manat, yerləşdirilmiş həcmi isə 52,500,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 19 yanvar 2027-ci il. 

Hərrac iştirakçıları 26 yanvar 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. 

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər