11 C
Baku
Tuesday, November 26, 2024

Rusiya milyarderləri Ukrayna məsələsinə görə $28 mlrd. itiriblər

Rusiya milyarderləri Ukrayna ilə bağlı gərginliyə görə sərvətlərinin 28 milyard dollarını itiriblər. “Forbes Real Time” reytinqinə əsasən, ümumilikdə 76 milyarder itki ilə üzləşib.

“Forbes” jurnalının qeyd etdiyi kimi, rus milyarderlərinin 2021-ci ildə nə qədər itirdiyini müəyyən etmək üçün valyuta məzənnələrini və birja kotirovkalarını təyin edərək 20 dekabr 2021-ci il tarixi seçilib.

Nisbi baxımdan ən çox “Arrival” şirkətinin təsisçisi Denis Sverdlov itirib – onun sərvəti bir ayda demək olar ki, 50% azalıb. İkinci yeri “Yandex”in qurucusu Arkadiy Voloj (26%), üçüncü yeri isə Oleq Tinkov (21%) tutur.

Zərərçəkənlər arasında “Novatek” və “Sibura” şirkətlərinin əsas sahibləri Leonid Mixelson və Gennadi Timçenko da var.

Son xəbərlər
Digər xəbərlər