3 C
Baku
Saturday, December 14, 2024

ABŞ Avropa üçün Rusiya qazına alternativ axtarır

ABŞ hökuməti Şimali Afrika, Yaxın Şərq və Asiyanın ən böyük təbii qaz tədarükçüləri ilə danışıqlar aparır ki, bu da Rusiyadan qaz tədarükünün azaldığı halda potensial olaraq Avropanı qazla təmin edə bilər.  Bunu Ağ Evin mətbuat katibi Cen Psaki keçirdiyi brifinq zamanı deyib.

“Biz həmçinin təbii qazın Şimali Afrika, Yaxın Şərq və Asiyadan tədarük məsələsini nəzərdən keçiririk. Dünyanın aparıcı istehsalçıları ilə onların təbii qaz hasilatını müvəqqəti artırmaq və Avropaya tədarük etmək imkanlarını anlamaq üçün danışıqlar aparırıq”, – deyə Psaki söyləyib. Onun sözlərinə görə, Rusiyadan yanacaq tədarükünün azalması ABŞ-da qiymətlərə minimum təsir göstərəcək.

Yanvarın 23-də “Financial Times” Co Bayden administrasiyasının yüksək vəzifəli məmurlarına istinadən yazıb ki, ABŞ Rusiyadan tədarükün azalacağı təqsirdə təbii qaz ixracatçıları ilə Avropaya qaz tədarükü ilə bağlı danışıqlar aparır. Avropa İttifaqına qaz tədarükü ilə bağlı danışıqlardan “Reuters” də yazıb. Agentliyin məlumatına görə, ABŞ Dövlət Departamentinin nümayəndələri şirkətlərdən belə bir zərurət yaranarsa, Rusiya qazının tədarükünü kompensasiya edə biləcəklərini soruşublar.

Bu ilin yanvarında ABŞ Ukraynaya müdaxilə halında Rusiyaya qarşı yeni sanksiyalar paketi təqdim edib. “Avtoritar hərbi hərəkətlərin qarşısının alınması haqqında qanun 2022” adlı sənəd, digər məsələlərlə yanaşı, enerji, maliyyə, dağ-mədən və aerokosmik sektorlarda Rusiya şirkətləri ilə əməliyyatlara qadağa qoyulmasını nəzərdə tutur.

Kreml və Rusiya Xarici İşlər Nazirliyi ölkənin Ukraynaya hücum planlarının olması ilə bağlı xəbərləri dəfələrlə təkzib edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ölkə öz mülahizəsinə uyğun olaraq öz ərazisinə qoşun yeridir və heç kimə hücum etmək fikrində deyil.

Son xəbərlər
Digər xəbərlər