®“AFB Bank”dan “Gömrük işçilərinə 50% endirim kampaniyası”
Maliyyə bazarında xüsusi mövqeyə malik olan AFB Bank, “Gömrük işçilərinin peşə bayramı günü” və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi münasibətilə “Gömrük işçilərinə 50% endirim kampaniyası”na start verir.
26 Yanvar-1 Mart 2022-ci il tarixlərində AFB Bankdan kredit götürən Dövlət Gömrük Komitəsinin bütün əməkdaşları rəsmiləşdirmə komissiyasına 50% endirim əldə edəcəklər.
Bankdan verilən məlumata görə, kampaniya çərçivəsində gömrük əməkdaşlarına 30 000 AZN-dək kredit illik faiz dərəcəsinə 2% endirim tətbiq edilməklə veriləcək.
Müştərilər illik 14%-ə qədər endirilmiş krediti 48 aya qədər rahat ödəmə üstünlüyünü qazanacaqlar. Həmçinin, 20 000 AZN-dək krediti zaminsiz və sığorta haqqı tutulmadan, eyni zamanda növbəsiz və çevik rəsmiləşdirmə ilə əldə edəcəklər.
“AFB Bank”ın təqdim etdiyi “Gömrük işçilərinə 50% endirim kampaniyası”ndan yararlanmaq üçün https://bit.ly/3fVHpmj onlayn sifariş edə və ya filiallardan əldə edə bilərsiniz.
Daha ətraflı məlumatı www.afb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya 1545 Çağrı Mərkəzinə zəng etməklə əldə edə bilərsiniz.