9 C
Baku
Thursday, December 12, 2024

Cahangir Hacıyevin daha bir yaxını həbs olundu

Kredit borclarını qaytamadığı üçün daha bir iş adamı həbs edilib.

“Azadlıq” qəzetinin yaydığı məlumata görə, “Şəki İpək Aqro” MMC-nin icraçı direktoru Cavid Muxtarov da saxlanılıb.

Məlumatda bildirilir ki, o, artıq 4 gündür DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində saxlanılır.

Məlumat üçün qeyd edək ki, Şəki İpək Aqro” MMC qeyri-rəsmi olaraq Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevə məxsusdur.

Onu da xatırladaq ki, ötən həftədən Azərbaycanda “Beynəlxalq Bank”a krediti olan bir neçə məşhur iş adamı həbs olunub. Onlardan bəziləri “Bandotdel”də dindiriləndən sonra buraxılsa da, bir neçəsi ilə bağlı həbs qətimkan tədbiri seçilib. Həbs olunanlar arasında neft oliqarxı Nizami Piriyev, “Globus Plaza”nın sahibi, eks-deputat Dünyamin Xəlilov, “Azimport” şirkətinin sahibi, Bayraq Meydanının eks-rəisi Rəşad Məmmədov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov və başqaları var.

Son xəbərlər
Digər xəbərlər