İran hökuməti qarşıdakı iki ay ərzində neft hasilatını sanksiyalardan əvvəlki səviyyəyə çatdırmağı hədəfləyir.
Bunu Milli İran Neft Şirkətinin (NIOC) icraçı direktoru Möhsün Xocastemehr bildirib.
Bu günlərdə İran Prezidenti İbrahim Rəisi 2021-ci ilin avqust ayında seçilməsindən bu yana neft ixracatını 40 %-ədək artırdıqlarını bildirmişdi.
Xatırladaq ki, 2018-ci ildə İranın nüvə proqramına dair Müştərək Əhatəli Tədbirlər Planından (JCPOA) ABŞ-ın birtərəfli qaydada çıxmasından və İranın neft sənayesinə qarşı sanksiyalar tətbiq etməsindən sonra İranın neft ixracatı xeyli azalmış və üçüncü ölkələr vasitəsilə həyata keçirilirdi.
2021-ci ilin əvvəlindən etibarən İranla ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin arasında JCPOA-nın bəpası və sanksiyaların ləğv olunmasına dair danışıqlar aparılır.