Sərhədkeçmə proseslərinin sadələşdirilməsi məqsədilə “Smart sərhəd buraxılış məntəqəsi” həllərinin hazırlanması nəzərdə tutulub.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev öz rəsmi “Twitter” səhifəsində yazıb.
O qeyd edib ki, bu həllərin tətbiqi ilə biometrik kameralardan istifadə edərək sərnişinlər seçmə üsulla gömrük yoxlanışına cəlb olunacaq.