Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya nefti ehtiyatları 2 377 min barel artaraq 416 189 min barel təşkil edib.
Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 728 min barel azalacağını proqnozlaşdırırdı.
ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.