14 C
Baku
Sunday, November 24, 2024

“Bank Respublika” ötən il 19.5 mln. manatlıq xalis mənfəət əldə edib

Azərbaycanda aktivlərinə görə TOP5-liyə daxil olan “Bank Respublika” ASC ötən il ərzində böyük xalis mənfəət əldə etməyə nail ola bildi.

Banker.az xəbər verir ki, 2021-ci ildə bankın xalis mənfəəti 19.52 milyon manatlıq xalis mənfəət əldə etməklə öncəki ilin nəticələrini 3 dəfədən çox üstələdi. Bankın bölüşdürülməmiş mənfəəti 9.64 mln. manata yüksəlib.

Bank Respublika-nın faiz gəlirləri hesabat ili ərzində 24% artaraq 90.76 mln. manat, faiz xərcləri 24% artaraq 34 mln. manat, qeyri-faiz gəlirləri 11% artaraq 23.11 mln. manat və qeyri-faiz xərcləri 19% artaraq 65.78 milyon manat olmuşdur.

Beləliklə, bankın  əməliyyatında  14.09 milyon manatlıq mənfəət yaranıb. Banka 6.4 mln. manatlıq mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar ayrılıb.

“2021-ci il üzrə bu məbləğin 6,187  min AZN-ni balansdan silinmiş kreditlər üzrə ödənişlər nəticəsində ehtiyat qayıdışı məbləği təşkil edib” – deyə, bank aydınlıq gətirib.

AKTİVLƏRİ BÖYÜYÜB

Qeyd edək ki, 1 yanvar 2022-ci il tarixinə “Bank Respublika” 1 milyard 232.37 milyon aktivə, o cümlədən  719.94 mln. manatı kredit portfelidir. Kredit portfelinin 140.71 mln. manatı istehlak, 516.95 mln. manatı biznes və 62.01 mln. manatı isə ipoteka kreditləri olub.

Bankın öhdəliklərinin həcmi 1 131.83 mln. manatdır. Burada, 801.57 mln. manatı depozit portfeli, o cümlədən 408.41 mln. manatı fiziki şəxslərin depozitləri, 393.15 mln. manatı isə hüquqi şəxslərin vəsaitləridir.

43523423423

Son xəbərlər
Digər xəbərlər