10 C
Baku
Friday, December 13, 2024

“Hafka” danışdı – “652 min borcu ödədim…”

Xəbər verdiyimiz kimi, Yasamal rayon məhkəməsinin qərarı ilə iş adamı Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Dövlət Vergi Xidmətindən Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığına görə onun barəsində ittiham elan edilməsi üçün axtarış haqqında qərar qəbul edildiyi bildirilib.

Maraqlıdır ki, iş adamı axtarışa verilsə də, məsələ ilə bağlı bir qədər əvvəl mediaya açıqlama verib.

O,  açıqlamasında bu gün borclarını qaytardığını qeyd edib: “Mənim 4 şirkətim var idi. Şirkətlərimdə çalışan əməkdaşlara görə, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 652 min manat borcum yaranmışdı. Şirkətlərim müflis olduğundan bunu ödəyə bilmədim. Məhkəmə də bu günə kimi vaxt vermişdi. Bu gün də həmin borcu ödədim”.

Hafiz Məmmədov indiyədək şirkətlərinin vergi borcu olmadığını da deyib: “Dövlətin vergisini hər kəs verməlidir. Mən heç vaxt vergidən yayınmamışam və bu işi özümə müqəddəs borc bilmişəm. İndiyə qədər dövlətə bir milyondan çox vergi ödəmişəm”.

Son xəbərlər
Digər xəbərlər