14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda sahibkarlara 61 milyon manat faiz subsidiyası ödənilib

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara 60,5 milyon manat faiz subsidiyası ödəyib.

Bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun sədri vəzifəsini icra edən Osman Xaliyev bildirib.

“Bu dəstək mexanizminə əsasən, 10 mart 2020-ci il tarixinə kredit borcu olan sahibkarların müraciəti əsasında kreditlərin faiz dərəcəsinin 10% bəndi qədər subsidiyalar ödənilir. 1 yanvar 2022-ci il tarixinə kredit qalıq məbləği 910,9 milyon manat olan 4 927 müraciətə 62,5 milyon manat faiz subsidiyasının verilməsi təsdiq edilib ki, artıq bu məbləğin 60,5 milyon manatı sahibkarlıq subyektlərinə ödənilib. Hazırda bu mexanizm üzrə müraciətlərin qəbulu davam etdirilir”, – deyə o, qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər