XX əsrin 30-cu illərində isveç iqtisadçıları olan Eli Hekşer və Bertel Ohlin özlərinin beynəlxalq ticarət modelini yaradırlar. Bu zamana qədər beynəlxalq əmək bölgüsü sistemində və beynəlxalq ticarətdə böyük dəyişikliklər baş vermişdi. Təbii fərqlərin beynəlxalq ixtisaslaşma rolu əhəmiyyətli dərəcədə azalmış, inkişaf etmiş ölkələrə edilən ixraclarda isə sənaye məhsullarından istifadə edilməyə başlanmışdı. Hekşer-Ohlin modeli beynəlxalq ticarəti emal edilən məhsullarla izah etməyə istiqamətlənmişdi.
Müəlliflərin fikrincə: açıq istisadiyyatda hər bir ölkə özünün daha yaxşı təmin edildiyi sahə üzrə məhsul istehsalında ixtisaslaşmağa yönəlir. Beynəlxalq mübadilə – bol məhsulların nadir məhsullar ilə mübadilə edilməsidir.
Beləliklə, qapalı şəkildə bol olan məhsullar idxal, istehsalatın defisit olan amilləri isə ixrac edilir. Daha doğrusu, məhsulların bir ölkədən digərinə olan hərəkəti dünya təsərrüfatı miqyasında istehsalat amillərinin mobilliyini kompensasiya edir.
Beynəlxalq ticarət prosesində istehsalat amillərinin dəyərində uyğunlaşma aparılır. Bol olan məhsulun və yaxud istehsalat amilinin dəyəri əhəmiyyətli dərəcədə az olacaq. Kapital artığı malların ixtisaslaşmasına, ixrac sektoruna kapital axınına gətirib çıxarır. Belə olduqda, kapitala tələbat yaranır və təbii olaraq da kapitalın dəyəri artır.