“Renault-Nissan-Mitsubishi” alyansı 2030-cu ilədək 35 yeni elektromobil buraxacaq.
Vurğulanır ki, onların 90%-i beş əsas platforma üzərində qurulacaq. Ən ucuz modellər üçün “CMF-AEV”), yığcam modellər üçün isə “CMF-BEV” (“Renault 5” və “Nissan Micra”nın varisi) platforması nəzərdə tutulur. Digər avtomobillər həmçinin “CMF-EV” və “LCV-EV” üzərində qurulacaq.
Bildirildiyi kimi, alyansın elektrik avtomobillər “Renault”un təqdim etdiyi proqram təminatını və “Google”un multimediya sistemini alacaq. Yeni modellərin buraxılış vaxtı hələ açıqlanmayıb.