Türkiyə Statistika Komitəsinin sədri Sait Ərdal Dinçər vəzifəsindən azad edilib.
Bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq qərarı “Resmi Gazete”də dərc edilib.
Eyni zamanda, digər qərarla Ərhan Çətinkaya Türkiyə Statistika Komitəsinin yeni sədri təyin olunub.
Qeyd edək ki, ötən gün həmçinin R.T.Ərdoğan ədliyyə naziri Əbdülhəmid Gülü azad edərək Bəkir Bozdağı bu vəzifəyə təyin edib.