12 C
Baku
Saturday, November 23, 2024

İtaliyada koronavirusun “Omikron-2” ştamı aşkarlanıb

İtaliya Milli Tədqiqat İnstitutu “Spallanzani”nin (Lazzaro Spallanzani) direktoru Françesko Vaya koronavirus infeksiyasının mövsümi xəstəliklərə doğru dəyişdiyini göstərən “omikron” ştamının yeni variasiyasının kəşf edildiyini açıqlayıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Bu mutasiya, “omikron” getdikcə mövsümi xəstəlik xüsusiyyətlərini və əlamətlərini alır. Dünyadakı hər kəs, hətta peyvənd istehsalçıları belə, bir-birinə yaxın olan peyvəndlərin vaxtında verilməsinin faydasız olduğu ilə razılaşır”, – Vaya deyib.

O qeyd edib ki, “Omikron-2” bir aydan çox əvvəl aşkarlanıb, lakin onlar “omikron-1″la eyni olan varianta görə “ictimai rəyi həyəcanlandırmayıblar”.

Son xəbərlər
Digər xəbərlər