1 C
Baku
Saturday, December 14, 2024

Asiya İnkişaf Bankı Azərbaycana qrant ayırdı

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda elektrik enerjisinin paylanması üzrə investisiya inkişaf proqramının operativ hazırlanması üçün 800 min dollar həcmində qrant ayıracaq. Bu barədə Trend AİB-ə istinadən məlumat verir.

Texniki yardımın göstərilməsi barədə saziş mayın 15-də imzalanıb və elə həmin gün qüvvəyə minib.

Məlumata görə, investisiya proqramının dəyəri 750 milyon dollardır. Bu vəsait bank tərəfindən 3 tranşda (hər biri 250 milyon dollar üzrə) təqdim ediləcək. Azərbaycan hökumətinin bu layihədə iştirak payı 250 milyon dollardır.

Son xəbərlər
Digər xəbərlər