20 C
Baku
Tuesday, April 30, 2024

Azərbaycanın xaricdən aldığı çay 10% bahalaşıb

Ötən il Azərbaycan xaricə 8 491.73 min ABŞ dolları dəyərində 1 115.65 ton həcmində çay satıb. Banker.az Dövlət Gömrük Komitəsinin hesabatlarına əsasən xəbər verir ki, illik müqayisədə çay ixracından əldə olunan gəlirlərdə və ixracın həcmində azalma müşahidə olunur. Belə ki, 2020-ci ilə nisbətən ixrac gəliri 10.3%, ixrac həcmi isə 17.8% azalıb.

Ötən il Azərbaycanın xaricdən aldığı çayın dəyəri 61 858.20 min ABŞ dolları, həcmi isə 13 965.25 ton təşkil edib. İllik müqayisədə idxal olunan çayın dəyərində 10.1% artım olsa da, idxal olunmuş çayın miqdarında 0.14%-lik azalma var.

Son xəbərlər
 ⁠
Digər xəbərlər