COVID-19 pandemiyası ilə bağlı davam edən qeyri-müəyyənlik səbəbindən, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu (BVF) ənənəvi illik toplantısını bu il Mərakeşdə yox, Vaşinqtonda keçirəcək.
2023-cü ilin oktyabrında nəzərdə tutulmuş görüşlərin isə Mərakeşdə keçiriləcəyi nəzərdə tutulub.
Qeyd edək ki, sözügedən illik yığıncaqlar adətən iki il ardıcıl Dünya Bankı Qrupu və BVF-nin Vaşinqtonda yerləşən qərargahında, hər üç ildən bir isə digər üzv ölkədə keçirilir. İllik toplantılar mərkəzi bankların rəhbərlərini, maliyyə və inkişaf nazirlərini, özəl sektor rəhbərlərini, vətəndaş cəmiyyətlərini, mətbuat və alimləri bir araya gətirir.