Diversifikasiya, innovasiya və aqressiv ekspansiyanın biznes üçün faydasından bu gün bəlkə yalnız tənbəl insanlar danışmır. Amma nəhəng korporasiyaların tarixində parlaq məqamlar var ki, belə xoşməramlı niyyətlər ya kompaniyanı tamamilə çökdürmüş, ya da ciddi itkilər və tənəzzülü ilə nəticələnmişdir. Bu əhvalatları öyrənməklə yaxşı dərs almaq olar. Hansı xeyirxah əməlləri rəhbər tutmağınıza baxmayaraq, biznesin çiçəklənəcəyinə heç nə zəmanət vermir.
Ağılsız ekspansiya
Böyüməyə doğru can atmaları əksər hallarda kompaniyaları öz əsas kompetensiyaları çərçivəsindən kənara çıxmağa stimullaşdırır. Amma bəzən əsas biznesdən uzaqlaşmaq səhv qərar ola bilər. Əsası 1886-cı ildə qoyulmuş və məşhur alim Nikola Teslanın da çalışıdığı Westinghouse Electric şirkəti də bunu öz üzərində hiss etməli olmuşdur.
Nikola Tesla kompaniyada innovasiyalara görə məsuliyyət daşıyırdı, o ölkədə ilk AES-in tikintisi və elektron enerji istehsalı üçün dəyişən cərəyandan istifadə qaydalarının inqilabi üsullarını işləyib hazırlamalı idi.
Öz uğuruna arxalanan, firma ən fərqli sahələrdə bizneslər almağa başlayır, o cümlədən poçt biznesi , KİV, maliyyə təşkilatları, ofis mebeli istehsalçıları və developerlər.
Nəticədə nəhəng kompaniya qurulur və o, fərqli sənaye sahələrinin ağırlığı nəticəsində bu korporasiya çökür və dağılır və ondan yeganə varis kimi bu gün də nüvə energetikası sahəsində çalışan bir kompaniya qalır.
Biznesin diversifikasiyası
Əsası 1968-ci ildə qoyulmuş, İntel kompaniyası bütün dünya üzrə yarımkeçiricilərin istehsalına görə ən nəhəng liderə çevrilir. 1994-cü ildə onların FDİV çiplərində nöqsanlar aşkar olunur və bu kompaniyanın JİV tərəfindən ciddi tənqidlər və hücumlar ilə üz-üzə qoyur və şirkət haqqında mənfi imic formalaşır.
Nəticədə firma yeni, olduqca uğurlu reklam kompaniyası buraxır, bu reklam İntel brendinin bütün dünyanın kompüterinin daxilində yerləşən və onları müvəffəqiyyətlə idarə edən bir sistemlə assosiasiyasını yaradır.
Bundan sonra İntel bir neçə bölmə yaradır və yastı televizor prosessorlarından və portativ media-playerlər üçün çiplərdən başlayaraq, simsiz texnologiyaların istehsalına qədər bütün sahələrə girişir.
Firmanın məşhur brendinin olmasına baxmayaraq, bu səylər arzuolunan nəticəyə gətirib çıxarmır və artıq 10 ildən çoxdur ki, kompaniyanın səhmlərinin qiyməti yüksəlmir. Kompaniyanın əsas biznes sahəsinin uğurla inkişaf etdiyi bir vaxtda, Diversifikasiya istiqamətindəki səylər gözləntiləri doğrultmur.
Biznesin coğrafiyasının şiddətlə böyüdülməsi
Ponçik istehsalı ilə məşğul olan Krispy Kreme firması 1937-ci ildə, fransız baş aşpazı tərəfindən işə salınıb. Firma asta templərlə böyüsə də tədricən öz poziyasiyalarını tutur və ABŞ-ın cənubi-şərq ərazisində favoritə çevrilir. Krispy Kreme şirkətinin banisi 1973-cü ildə vəfat edəndə şirkət Beatrice Foods kompaniyasına satılır və kompaniyanın böyüməsi dayanır. 1982-ci ildə qrup Krispy Kreme françayzilərini alır, bu isə 1990-cı illərə qədər sürətli böyümənin əsasını qoyur.
Firma sürətlə böyüyür və təkcə ABŞ-da deyil, françayzilərin inkişafı sayəsində dünyada da məşhurluq qazanır. 2000-ci ildə kompaniya səhmdar cəmiyyətə çevrilir və 2003-cü ilin avqustunda bir aksiyanın qiyməti 50 dollara qədər yüksəlir. Lakin buna baxmayaraq, 2005-ci ildə kompaniya 198 milyon dollar zərərə uğradığı barədə hesabat verir. Səhmlər sürətlə üzüaşağı gedir və öz dəyərinin 90%-ni itirir. Pərəstişkarların bəxtindən kompaniya hələ də biznesdə qalmağa davam edir, amma onun ram edilməz şəkildə böyüməsi layihənin maliyyə perspektivlərini ciddi şəkildə zəiflətdi.
İnnovasiyaların tətbiqi
Commodore kompüter kompaniyası Commodore 64 adlı məhsulunu buraxdığı dövrdə bazarın lideri idi. Kompaniyanın ilkin səyləri ona uğur gətirmişdi, amma kompüterlərin yeni və təkmilləşmiş, həmçinin istehlakçılar üçün maraqlı olacaq versiyasını yaratmaq mümkün olmadı .
Coca-Cola da analoji problem ilə üzləşib, yəni bir vaxtlar kolanın sadiq və sınanmış reseptini “yaxşılaşdırmaq” istiqamətində addımlar atmaq istəyirdi. Satışların azaldığını görən firma 1985-ci ildə özünün New Coke flaqmanından tamamı ilə imtina etdi. Üç ay içərisində klassik kola yenidən piştaxtalara qayıtdı.
Şirkəti “pis xəbərlər”dən qorumaq
1886-cı ildə Johnson qardaşları tezliklə dünyanın ilk yardım dəstini icad edən şirkətin əsasını qoydular. Şirkət böyüdü və geniş seçimdə məhsullar təqdim etməyə başladı. Bu məhsullara misal olaraq, Johnson uzaq pudrası, plaster və ağrı kəsici dərmanları misal göstərmək olar. 2008-ci ildə şirkət Motrin adlı ağrı kəsici dərmanların qəbul edildikdən sonra düzgün həll edilmədiyini müəyyən etdi. Məhsulun bazardan geri çağırılması və mətbuat orqanlarında mənfi informasiyalarla qarşı durmaq əvəzinə şirkət gizli müştərilər tutaraq bu dərmanları mağazalardan aldırırdı. Lakin bütün bunlara baxmayaraq, bir neçə il sonra məhkəmə ədaləti bərpa etdi və mətbuat orqanlarında şirkət barədə çap edilən məlumatlar iki qat ağır idi. Belə ki, jurnalistlər 2008-ci ildəki fırıldağa görə intiqam aldılar.