OPEC: Neft hasilatının ixtisarında rekord əldə edilib

OPEC+ formatının iştirakçı ölkələri hasilatın ixtisarına dair mövcud razılaşmaya 2021-ci ilin dekabr ayında 122 faiz əməl edərək gündəlik neft tədarükünü 3.759 min barel əvəzinə 4.586 min az yerinə yetirib.

Bu barədə OPEC+ texniki komitəsinin hesabatında məlumat verilir. Razılaşmaya uyğun olaraq neft hasilatı rekord həddə ixtisar olunub.

O cümlədən OPEC üzv ölkələri razılaşmanı 127 faiz (2.383 min barel əvəzinə 3.026 min barel az), qeyri-OPEC ölkələri də 114 faiz (1.376 min barel əvəzinə 1.569 min barel az) yerinə yetiriblər.

Ayrı-ayrı ölkələrə gəlincə, OPEC üzvlərindən Səudiyyə Ərəbistanı razılaşmanın yol verdiyi gündəlik 10.018 min barel əvəzinə 9.945 min barel, Nigeriya 1 666 min barel əvəzinə 1 317 min barel, qeyri-OPEC ölkələrindən Rusiya 10 018 min barel əvəzinə 9 944 min barel, Azərbaycan 654 min barel əvəzinə 605 min barel, Malayziya 542 min barel əvəzinə 415 min barel neft istehsal edib.

 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər