2 C
Baku
Saturday, December 14, 2024

Ukrayna Avropada yeni ittifaq yaratdığını elan edib

Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniya, Polşa və Ukrayna arasında əməkdaşlığın yeni formatını açıqlayıb.

Banker.az xəbər verir ki, o, Ali Radanın növbəti sessiyasının açılışında Avropada yeni alyansın yaradılması barədə məlumat verib. Bununla belə, alyansın xarakteri hələ açıqlanmayıb.

Radanın birinci vitse-spikeri Aleksandr Korniyenkonun izah etdiyi kimi, Ukrayna, Böyük Britaniya və Polşanın yeni birliyi digər alyanslara alternativ kimi görünmür.

“Bu, nəyəsə alternativ deyil. Bu, nə NATO-ya, nə də Aİ-yə alternativ deyil. Bu, əməkdaşlıq üçün əlavə bir fürsətdir”, – deyə Korniyenko qeyd edib.

Ukrayna hökumətinin başçısı Denis Şmiqal əlavə olaraq bildirib ki, yeni əməkdaşlıq formatı regional təhlükəsizliyi gücləndirəcək.

“Biz Britaniya, Polşa və Ukrayna arasında yeni əməkdaşlıq formatını həyata keçirəcəyimizə ümid edirik. Regional təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı üçtərəfli sənəd imzalanmalıdır”, – deyə o vurğulayıb.

Ukrayna hökuməti 2024-cü il yanvarın 1-dən hərbi xidmətə çağırışın ləğvi haqqında qanun layihəsi hazırlayıb Ali Radaya təqdim etməlidir. Belə bir göstərişi prezident Vladimir Zelenski verib. Onun sözlərinə görə, bu təşəbbüs “müharibənin gəlişi” ilə əlaqəli deyil.

Son xəbərlər
Digər xəbərlər