“Bank Respublika” ASC-nin daha bir departament direktoruna müavini təyin edilib.
Banker.az xəbər verir ki, Elçin İbrahimov Pərakəndə satışlar departamenti direktorunun müavini təyin edilib.
O, bu vəzifənin icrasına 2022-ci ilin yanvarından başlayıb.
E.İbrahomov 2018-ci ilin martından 2022-ci ilin yanvarına qədər “Bank Respublika”nın adıçəkilən departamentinin strukturunda olan Kredit portfellərinin idarəedilməsi şöbəsinin müdiri idi.
Qeyd edək ki, o, 2008-ci ildən bu bankda çalışır. 2012-2015-ci ildə filial müdirinin müavini kimi, 2015-2018-ci ildə isə filial müdiri kimi çalışmışdır.