“Bank işi”nə görə MMC rəhbəri həbs edilib

Bu barədə həmin şəxsin həyat yoldaşı zəng edərək məlumat verib. Məlumata görə, “Beynəlxalq Bank İşi”ndə saxlanılan şəxslərdən daha biri Şəki “Aqro-İndastri ” MMC süd emalı zavodunun direktoru Rəfael Rəhimovdur. Onun həyat yoldaşı Kifayət Rəhimova sayta bildirib ki, əri digər iş adamları kimi mayın 12-də “Bandotdel”ə dəvət olunub və orada saxlanılıb: “Bu günə kimi isə ərimlə heç bir əlaqə yaratmaq mümkün olmayıb”.

Kifayət Rəhimova bildirib ki, sözügedən süd emalı zavodu 2006-cı ildə açılıb, əri isə 2009-cü ildən həmin quruma rəhbərlik edib. Şirkət Beynəlxaq Banka məxsus olub. Onun sözlərinə görə, həyat yoldaşının 54 yaşı var.

Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər