Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) daha bir vitse-prezident təyin olunub.
Bu, Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubovun yaxın qohumu Robert Eyyubovdur.
AzVİF-in mətbuat xidmətindən Fanat.az-a məlumatı təsdiqləyiblər.
Bildirilib ki, R.Eyyubov ötən ilin dekabrın 8-də, İcraiyyə Komitəsinin növbədənkənar iclasında federasiyanın vitse-prezidenti seçilib.
R.Eyyubov dünən – fevralın 2-də Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti, müdafiə sənayesi naziri Mədət Quliyevin sədrliyi ilə keçirilən geniş tərkibli iclasda iştirak edib.
İclasda görülmüş işlərlə bağlı hesabatlar dinlənilib, ilin əsas idman yarışalarında iştirak edəcək rəqabətə davamlı, güclü komanda formalaşdırılması üçün bütün qüvvələrin səfərbər edilməsinin vacibliyi qeyd olunub və bu istiqamətdə aidiyyəti üzrə tapşırıqlar verilib.
Qeyd edək ki, AzVİF-in 3 vitse-prezidenti var. Birinci vitse-prezident iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, ikinci isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) rektoru Fuad Hacıyevdir.