2021-ci ilin yanvar-dekabr aylarında ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 4.2% artaraq 25648.9 mln. manat olub.
Banker.az Bakı Şəhər Statistika İdarəsinə istindən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5.2% artaraq 13388.5 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3.4% artaraq 12260.4 mln. manata bərabər olub. İstehlak məhsullarının 34%-i hüquqi şəxs statuslu müəssisələrdə, 50.6%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15.4%-i isə paytaxtın məhsul bazarlarında satılıb.