10 C
Baku
Wednesday, December 11, 2024

Sahibkarlara 80 mln. manat kredit ayrılıb

Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2015-ci ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 80 mln. manat güzəştli kredit verib. 

Banker.az İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən məlumat verir ki, 2015-ci ilin əvvəlindən fondun vəsaitləri hesabına 2,2 mindən artıq sahibkarın layihələri maliyyələşdirilib. Bu isə 5,3 mindən çox yeni iş yerinin açılmasına imkan verəcək.

SKMF cümə günü Oğuz rayonunda sahibkarlığa dövlət dəstəyi ilə bağlı tədbir keçirib.

Nazirliyin məlumatında fondun icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir ki, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1,767 min investisiya layihəsinin maliyyələşdirilməsinə 93,4 mln. manat güzəştli kredit verilib, 8,7 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

“Cümə axşamı keçirilən tədbir çərçivəsində 55 sahibkara 672 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər taxılçılıq, heyvandarlıq, arıçılıq, balıqçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması hesabına 80-dən artıq yeni iş yerinin açılması mümkün olacaq”, – deyə məlumatda vurğulanır.

Son xəbərlər
Digər xəbərlər