6 C
Baku
Monday, December 16, 2024

Expressbank Bərdə şəhərində yeni filial açıb

Expressbank Bərdə şəhərində sayca 18-ci olan yeni filialın rəsmi açılış tədbirini keçirib. Yeni filial Bərdə şəhərində Heydər Əliyev prospekti 88A ünvanında yerləşir və müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün zəruri imkanlara malikdir.

Bankın filialında keçirilən tədbirdə Expressbank-ın fəaliyyəti, nailiyyətləri, eləcə də Bərdə filialı və filialın göstərdiyi xidmətlər barədə iştirakçılara məlumat verilib, müxtəlif kredit məhsulları və sair xidmətlər üzrə maarifləndirici materiallar paylanılıb və suallar cavablandırılıb.

“Bu gün Expressbank sayca 6-cı regional filialını müştərilərin istifadəsinə verir. Bankın Bərdə filialı müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün zəruri şəraitə və imkanlara malikdir. Yaxın gələcəkdə bir sıra digər şəhərlərdə də filiallarımız açılacağı planlaşdırılır”, – deyə, Expressbank-ın İdarə Heyəti Sədrinin müavini Əli İmanov bildirib.

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6500-dək POS terminal və 200-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

 

Son xəbərlər
Digər xəbərlər