Min illik təcrübəyə sahib olan bir xalq pis məsləhət verə bilməz. Çin mədəniyyəti bizlərin hər birinə nələrisə öyrədə biləcək cəhətlərlə zəngindir. Aşağıda bu qədim xalqın ən ilhamlandırıcı sitatlarını təqdim edirik:
- Ən uzaq məsafələrə gedən yol 1 addımdan başlayır.
 
- Həyatda qarşılaşmalı olan insanlar zaman və şərtlərdən asılı olmayaraq görünməz bağla bir-birilərinə bağlıdırlar. Bu bağ uzaqlaşa və yaxınlaşa bilər, lakin heç vaxt qırılmaz.
 
- Çatışmayan cəhətlərini dilə gətirən heç də həmişə sənin düşmənin deyil; nailiyyətlərindən danışan heç də həmişə sənin dostun deyil.
 
- Artıq təslim olmaq hissini yaşayırsansa, demək qələbə yaxınsan.
 
- Həyatın hiyləgərliyi – gənc, lakin eyni zamanda mümkün qədər gec ölməkdir.
 
- Bütün itirilən şeyləri geri qaytarmaq mümkündür, zamandan başqa…
 
- Yavaşlamaqdan qorxma, dayanmaqdan qorx.
 
- Deyəcəyin söz sakitliyi yaxşılığa doğru dəyişməyəcəksə – sus!
 
- Güclü maneələri, müdrik isə bütün yolu qət edər.
 
- Axmağın sevinci də axmaq olar.
 
- İlişib yıxılmağın doğru istiqamətdə olmadığın demək deyil.
 
- Daim baş verənlərin ən parlaq cəhətini gör. Yox əgər, parlaq cəhət yoxdursa parlayana qədər çalış.
 
- Hər nə baş verirsə, baş verməli olduğu zamanında baş verir.
 
- Hansı istiqamətə üzəcəyini bilməyənin yelkəninə külək kömək etməz.
 
- Müəllimlər yalnız qapını açar, irəli özünüz gedərsiniz.
 
- Külək nə qədər sərt əssə də, dağ ona baş əyməz.
 
- Sən dedin – mən inandım, sən təkrar etdin – mən şübhə etdim, sən təkid etməyə başladın – mən sənin yalan danışdığını anladım.
 


                                    





