10 C
Baku
Friday, December 13, 2024

Qiymətdə demək olar ki, itirməyən 6 krossover – Fotolar

Avtomobil seçərkən onun illər keçdikcə bazar dəyərinin nə qədər itirəcəyini nəzərə almaq lazımdır. Bunu nəzərə alaraq mütəxəssislər ən sərfəli modelləri seçiblər.

1. Renault Duster

“Renault Duster” yaxşı likvidliyə malikdir. Mütəxəssislərə görə, bir ildən sonra yeni avtomobil ilkin dəyərinin təxminən 6%-ni itirəcək.

21222146 duster 2019 my

2. Hyundai Creta

“Hyundai Creta” da “Renault Duster” kimi bir müddət əvvəl nəsil dəyişdirib. Birinci ildə avtomobilin dəyər itkisi 6% olacaq. Üç ildən sonra krossover ilkin qiymətinin 15%-dən bir qədər çoxunu itirəcək.

1 1

3. Toyota RAV4

“Toyota RAV4” ilk iki modeldən daha bahadır. Lakin bu, avtomobilin populyarlığına təsir etmir. İlk bir ildə modelin qiyməti orta hesabla 4%, üçüncü ildə isə 20% düşür.

maxresdefault

4. Volkswagen Tiguan

İlk ildə “Volkswagen Tiguan” krossoveri ilkin qiymətinin təxminən 2%-ni itirir. Avtomobilin bütün versiyaları məşhurdur.

5. Mazda CX-5

“Mazda CX-5” yaxşı dinamikaya, idarəetməyə və etibarlılığa malikdir. Birinci il ərzində avtomobil təxminən 7%, üçüncü ildə isə 18% ucuzlaşır.

1580x1140

6. Nissan Qashqai

“Nissan Qashqai”nin təxminən 10 yaşı var, lakin bu onun hələ də həm yeni avtomobillər sırasında, həm də təkrar bazarda satışda liderlər arasında qalmasına mane olmur. Birinci ildə “Qashqai” təxminən 7%, üçüncü ildə isə 20%-ə qədər itirir.

nissan qashqai 37

Son xəbərlər
Digər xəbərlər