Expressbank 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Instagram və Facebook istifadəçiləri arasında “Gül, Balam” adlı fotomüsabiqə keçirir.
Müsabiqənin şərtlərinə görə, 29 may 2015-ci il tarixinədək iştirakçılar gülümsəyən uşaq şəkilləri çəkməli və #smilecard2015 haştegi ilə şəxsi Instagram səhifələrinə yerləşdirməlidirlər.
Müsabiqə zamanı çəkilən maraqlı 10 şəkil Expressbank-ın Facebook səhifəsində yerləşdiriləcək və “like”lar vasitəsilə səsvermə keçiriləcək. 5 iyun 2015-ci ildə yekunlaşan müsabiqənin ilk 3 qalibinə müvafiq olaraq Visa Platinum + 300 AZN, Visa Gold + 200 AZN və Visa Classic + 100 AZN təqdim olunacaq.
Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6500-dək POS terminal və 200-dək ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.