“Pensiya yaşının azaldılması ilə bağlı məsələ hazırda gündəmdə deyil”.
Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.
Onun sözlərinə görə, ölkədə orta ömür uzunluğu 77 yaşın üzərindədir: “Hətta pensiyaçıların yaş həddi də bu yaşın üzərindədir. Bunlar nəzərə alınmaqla pensiya yaş həddinin azaldılması planlaşdırılmır. Bütün dünya təcrübəsində pensiya yaşının hətta 65-in üzərində olması, həmin şəxslərin əmək bazarında saxlanması məqsədəuyğun hesab edilir”.