Yaponiyanın Baş naziri Fumio Kisida və kanadalı həmkarı Castin Trüdo telefon danışığı zamanı Ukraynadakı mövcud vəziyyətlə bağlı əməkdaşlıq etmək barədə razılığa gəliblər.
TASS xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.
“Tərəflər Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bildirib”,-deyə nazirliyin bəyanatında qeyd olunub.
Bundan əlavə, Kisida və Trüdo Şimali Koreyanın nüvə və raket fəaliyyətlərinin artması ilə bağlı ciddi narahatlıqlarını bölüşüblər.