14 C
Baku
Saturday, November 23, 2024

ABŞ-da inflyasiya son 40 ilin maksimumuna çatıb

Yanvarda ABŞ-da illik inflyasiya 1982-ci ilin fevralından bəri rekord göstərici olan 7.5%-ə qədər sürətlənib.

Banker.az xəbər verir ki, bu barədə ABŞ Əmək Departamentinin məlumatında deyilir. İnflyasiya pandemiyanın səbəb olduğu tələbin artması, təklifin isə azalması ilə əlaqələndirilir.

İstehlak qiymətlərinin artım tempi 2021-ci ilin dekabrında olan 7%-lə müqayisədə 0.5% sürətlənib. Eyni zamanda inflyasiya analitiklərin orta proqnozu 7.3%-i ötüb.

İnvestorların gözləntiləri nəzərə çarpacaq dərəcədə artıb ki, ABŞ Federal Ehtiyatlar Sistemi mart ayında uçot dərəcəsini birdən-birə 0.50 faiz bəndi qaldıra bilər. Əvvəllər 0.25 faiz bəndi artım gözlənilib.

Son xəbərlər
Digər xəbərlər