1 C
Baku
Saturday, December 14, 2024

Dövriyyədən çıxarılan ABŞ dollarları ilə nə baş verir?

Dövriyyədən çıxarılan banknotların əksəriyyəti xırdalanır və zibilxanalara daşınır. Federal Ehtiyat Sisteminin (FES) məlumatlarına əsasən, 2011-ci ildə xırdalanmış banknotların ümumi çəkisi 5 300 ton təşkil edirdi.

Xırdalanmış banknotlar yenidən istehsalat üçün istifadə olunmur və onlardan yeni banknotlar hazırlanmır. Əgər belə olsaydı, banknotların keyfiyyəti şübhə doğurardı.

Belə ki, banknotların hazırlandığı kağız xüsusi boya ilə rəngləndiyindən, o yenidən istehsalata cəlb edildiyində boşluqlar yaranacaq ki, bu da tipoqrafik defektə gətirib çıxaracaq.

Lakin bu heç də dövriyyədən çıxarılan bütün banknotların zibilxanalara atıldığı demək deyil. Onların az bir hissəsi Federal Ehtiyat banklarının ofislərində suvenir qismində satılır, bəzi hissəsi isə izolyasiya materiallarının istehsalı üçün göndərilir.

Böyük həcmdə xırdalanmış banknota ehtiyaca olan müəssisələr bunun üçün FES-dən və ABŞ Konqresinin standartlaşdırma və sertifikatlaşdırma şöbəsindən icazə əldə etməlidir. Qravür və çap bürosu xırdalanmış banknotlardan  qida və içki qablarının istehsal edilməsini qadağan edir. Çünki tipoqrafik boyanın tərkibinə müxtlif kimyəvi maddələr daxildir.

1990-cı illərin ortalarında Crane & Co. şirkəti köhnə banknotların yenidən emal edilməsi ilə ofis ləvazimatları seriyası istehsal etmişdi. Bu seriya “Old Money” – “Köhnə pullar” adlandırılmışdı. Lakin alıcı tələbatının olmadığından istehsalat dayandırılmışdı. 2012-ci ilin əvvəlində isə Ford şirkəti dövriyyədən çıxmış ABŞ dollarlarından öz avtomobilləri üçün kül qabı və zibil qutularının istehsal etmək istədiyini bildirmişdi. Bu istiqamətdə bir sıra eksperimentlər aparılmışdı. Hazırda da Ford şirkəti ilə FES arasında növbəti eksperimentlərlə bağlı danışıqlar aparılır.

Son xəbərlər
Digər xəbərlər