11 C
Baku
Monday, November 25, 2024

IEA builki qlobal neft tələbatının artım tempi üzrə proqnozunu azaldıb

Beynəlxalq Enerji Agentliyi (IEA) 2022-ci il üçün qlobal neft tələbatının artım tempi üzrə proqnozunu azaldıb.

Agentlik 2022-ci il üçün sözügedən göstərici üzrə proqnozunu azaldaraq (-0,1 mln. ton) 3,2 mln. barelədək endirib.

Hesabata əsasən, 2022-ci ildə neftə olan gündəlik tələbat artaraq 100,6 mln. barelə çatacaq.

“”Omicron” ştammının tələbata gözləniləndən daha yumşaq mənfi təsiri əsasən, ABŞ-da soyuq havanın yaratdığı əlavə istehlak və bəzi sənaye sektorlarında qazdan neftə keçidin davam etməsi ilə kompensasiya edilib”, – hesabatda qeyd olunur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər