Cari ilin yanvar ayı ərzində 24 101 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin yanvar ayı ilə müqayisədə 19.3 % çoxdur. Aylıq göstəricinin 4.101-i (17.02%-i) ilkin, 20.000-i (82.98%-i) isə təkrar qeydiyyatın payına düşüb.
Banker.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Dövlət Xidmətinin məlumatna əsasən, mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3 798-i fərdi yaşayış və bağ evi, 6 835-i mənzil, 12 534-ü torpaq sahəsi, 293-ü qeyri-yaşayış binası, 576-sı qeyri-yaşayış sahəsi, 61-i əmlak kompleksi, 4-ü isə çoxmərtəbəli yaşayış binasıdır. Qeyd edək ki, cari ilin yanvar ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 6 501-i Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.