11 C
Baku
Monday, November 25, 2024

Avropa İttifaqı Ukraynaya 1.2 milyard avro ayırıb

Avropa İttifaqı (Aİ) Rusiya ilə gərginlik fonunda Ukraynaya maliyyə dəstəyi ayırıb.

Bu barədə “Haber Global” məlumat verib.

Avropa İttifaqı Şurası və Komissiyası tərəfindən hazırlanan maliyyə paketi üzv dövlətlərin nümayəndələri tərəfindən razılaşdırılıb.

Maliyyə paketi Avropa Parlamenti tərəfindən də təsdiqlənməlidir.

Ukraynaya veriləcək 1,2 milyard avro maliyyə dəstəyinin ölkənin iqtisadi böhrandan çıxmasına kömək edəcəyi bildirilir.

Qeyd edək ki, 2014-2021-ci illər arasında Ukraynaya 5 milyard avroluq kredit verilib.

Son xəbərlər
Digər xəbərlər