10 C
Baku
Thursday, December 12, 2024

Daha bir turizm ölkəsi turist qəbulu qaydalarını yumşaldır

Fevralın 15-dən Tunis hökuməti peyvənd olunan 18 yaşdan yuxarı xarici turistlərə PCR testi olmadan, lakin rəqəmsal koronavirus peyvəndi sertifikatı təqdim olunmaqla respublikaya səfər etməyə icazə verəcək.

Bundan əlavə, peyvənd olunmayan turistlərdən Tunisə gəldikdən sonra beş günlük karantinə riayət etmələri tələb olunmayacaq, lakin uçuşa 48 saat qalmış mənfi PCR test nəticəsi olan sertifikat və ya yola düşmədən 24 saat əvvəl ekspress test verilməlidir.

Bundan əlavə, Tunis hökuməti axşam saat 22-dən səhər saat 5-ə qədər qüvvədə olan komendant saatının ləğv edib, lakin ölkədə kütləvi tədbirlər hələ də qadağandır. Maska rejiminə və sosial məsafəyə riayət etmək tələbləri də qalır.

 

 

Son xəbərlər
Digər xəbərlər