12 C
Baku
Monday, November 25, 2024

HyundaiMotorCompany şirkətinin tarixi

1967-ci ildə HyundaiConstruction müharibə sonrası istehsalat dalğası zamanında yundaiMotorCompany şirkətinin əsasını qoydu. Cənubi Koreyanın avtomobil sənayesi belə formalaşmağa başladı. Gənc HyundaiMotorCompany şirkətinin ilk şəriki amerikalı Ford oldu. 

70-ci illərdə HyundaiMotorCompany istehsala öz ilk – HyundaiPony modelini buraxa bildi. Avtomobilin dizayn edilməsində GiorgioGiugiaro və onun ItalDesign-ı iştirak etmişlər. İstehsalda isə Yaponiya və Böyük Britaniyanın təcrübəsindən istifadə edilib. HyundaiPony qısa zaman ərzində Koreyada böyük məşhurluq qazandı və HyundaiMotorCompany şirkətini Koreya avtomobil sənayesinin liderinə çevirdi. 70-ci illərin sonlarında HyundaiMotorCompany avtomobil ixracı ilə məşğul olmağa və xarici bazarlarda təcrübə əldə etməyə başladı.

80-ci illərin ortalarında HyundaiMotorCompany Kanada da ciddi uğurlara nail oldu və çətin rəqib olan ABŞ bazarı ilə qarşılaşmağa hazır idi. 80-ci illərin sonlarında ABŞ-a ixrac edilən avtomobillərin ümumi sayı milyonu keçmişdi.

hyundai2

90-cı illərdə HyundaiMotorCompany öz texnologiyalarını inkişaf etdirməyə başladı. 1991-ci ildə şirkət öz gücünə ilk “Alpha” mühərrikini təqdim etdi. İki il sonra isə “Beta” mühərrikləri peyda oldu. 1992-ci ilin yanvarında dünya ictimaiyyətinə yeni Hyundai markası təqdim olundu.

1999-cu il HyundaiMotorCompany şirkəti üçün fəal və məhsuldar bir dövr oldu. HyundaiEFSonata və HyundaiXG-nin ardınca növbəti 4 avtomobil istehsal olundu. Bunlar HyundaiCentennial, yeni HyundaiAccent, yenilənmiş HyundaiCoupe və HyundaiTrajet avtomobilləri idi. Şirkət 1999-cu ili yaxşı nəticələrlə başa vurdu. İxrac edilən avtomobillərin ümumi sayı 701 min avtomobil idi.

314

2001-ci ildə HyundaiMotorCompany və DaimlerChryslerAG şərik olaraq DaimlerHyundaiTruckCorporation adlanan müəssisə təsis etdilər. Şirkətlər ilk olaraq 180 milyon dollar həcmində investisiya barədə razılığa gəlmişdilər.

Son xəbərlər
Digər xəbərlər