Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi “SolaMedical” MMC ilə 2.3 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Dərman preparatları və sarğı materiallarının satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 2 254 869 manatdır.
2019-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınmış “Solamedikal” MMC-nin qanuni təmsilçisi Şəhla Mustafa qızı Novruzovadır.