2021-ci il ərzində elektrik enerjisinin ixracı 1673,4 mln. kV/st olmaqla, 2020-ci
illə (1150,7 mln. kVt/st) müqayisədə 522,7 mln. kVt/st, idxalı isə 151,6 mln. kVt/st
olmaqla, 2020-ci illə (136,5 mln. kVt/st) müqayisədə 15,1 mln. kVt/st artıb.
Banker.az Energetika Nazirliyinin təqdim etdiyi illik hesabata əsasən xəbər verir ki, ixrac olunan 1673,3 mln. kVt/st elektrik enerjisinin 257,5 mln. kVt/st İranın, 720,6
mln. kVt/st Türkiyənin, 95,2 mln. kVt/st Rusiyanın, 600,1 mln. kVt/st Gürcüstanın
payına düşür. İdxal olunan 151,6 mln. kVt/st elektrik enerjisinin 31,9 mln. kVt/st İranın,
95,1 mln. kVt/st Rusiyanın, 24,6 mln. kVt/st Gürcüstanın payına düşüb.