10 C
Baku
Monday, November 25, 2024

“Qızıl standartı” sistemi nədir?

Qızıl standartı – banknotların və yaxud qəpiklərin dəyərinin zəmanət olunan həcmdə qızıl həcmi ilə əks edilmiş pul sistemidir. Belə hesab edilir ki, qızıl standartı  gümüş standartı kimi daha qədim pul vahidlərini əvəz etmişdir. Müxtəlif dövrlərdə qızılla paralel olaraq qeyri-metal standartından da istifadə edilmişdir. Bu zaman mübadilə əməliyyatları qızılın gümüşə olan münasibətinə görə təyin edilirdi.

Qızılın etalon kimi istifadə olunmasına səbəb olacaq bir sıra keyfiyyətlər mövcuddur. İlk olaraq bu kifayət qədər nadir metaldır, uzun müddət saxlandıqda xarab olmur, keyfiyyətini təyin etmək mümkündür və həmçinin lazımı anda, lazımi qədər bölmək mümkündür.

Qızıl standartı ilk olaraq 1821-ci ildə Böyük Britaniyada yaradılıb. Bunun sayəsində funt 1914-cü ilə qədər dünyanın əsas ehtiyat valyutası olaraq qalmışdı. Beynəlxalq ticarətdə qızıl standartından istifadə edilir və Bretton-Vud sazişi ilə qanuniləşdirilir. Lakin 1971-ci ildə ABŞ-da ilk dəfə mübadilədən imtina edirlər. Beynəlxalq Valyuta Fondunun Yamaykada keçirilən konfransında qızıl standartından ömürlük olaraq imtina edilir. Buna əsas səbəb isə valyuta sisteminin dəyişməsi idi.

XXI əsrdə ardıcıl olaraq baş verən böhranlar zamanı bir sıra iqtisadçılar qızıl standartına yenidən qayıdılması ilə bağlı məsələ qaldırır. Bununla eyni zamanda, qızılla əlaqəli olan valyuta sistemində əsas tənqidi yanaşma ondan ibarətdir ki, hazırda qiymətli metalın həcmi ticarətin müasir inkişaf şərtlərində pul dövriyyəsini tam təmin edəcək səviyyədə deyil.

Bununla yanaşı, pul dövriyyəsini tam olaraq qızılla əvəz etməyin mümkün olmaması ilə yanaşı, bu qiymətli metaldan qızıl ehtiyatının yaradılması üçün istifadə olunur. Bu cür ehtiyatlar inflyasiyadan qorunmağı təmin etməsə də, müəyyən dərəcədə milli valyuta məzənnələrinin dəyişmə dərəcəsini endirir.

Son xəbərlər
Digər xəbərlər