Azərbaycanda ötən il maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 172 müəssisə yaradılıb

2021-ci ildə maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 172 yeni müəssisə yaradılıb, 4 statistik vahid isə ləğv edilib.

Banker.az xəbər verir ki,  bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.

Maliyyə və sığorta fəaliyyəti üzrə 01.01.2022-ci il vəziyyətinə statistik vahidlərin sayı 2068-dir. 2021-ci il ərzində ləğv edilmiş statistik vahidlərin 26,6 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 15,6 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 13,7 faizi “Dövlət
idarəetməsi və müdafiə; sosial təminat”, 8,5 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, 6,6 faizi “Peşə, elmi və texniki fəaliyyət” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər