6 C
Baku
Sunday, December 15, 2024

Bu tarixdən Azərbaycanla İran arasında birbaşa uçuşlar bərpa ediləcək

Bu ilin mart ayının əvvəlindən Azərbaycanla İran arasında birbaşa uçuşlar bərpa ediləcək.

Bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “Twitter” səhifəsində paylaşıb.

“Mart ayının əvvəlindən Azərbaycan və İran əlaqələrində növbəti xoş addım atılacaq”, – səfir deyib.

Qeyd edək ki, ötən gün Azərbaycan Baş naziri Əli Əsədov “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Qərara əsasən, hava nəqliyyatı vasitəsilə 17 ölkənin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə veriləcək.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər