8 C
Baku
Thursday, December 12, 2024

G7 ölkələrinin XİN rəhbərlərinin Ukrayna ilə bağlı təcili görüşü keçiriləcək

Bu həftə Almaniyada “Böyük yeddilik” (G7) ölkələrinin XİN rəhbərlərinin Ukrayna ilə bağlı təcili görüşünün keçirilməsi planlaşdırılıb.

TASS xəbər verir ki, G7 ölkələrinin XİN rəhbərlərinin görüşü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçiriləcək.

Xatırladaq ki, 18-20 fevral tarixlərində keçiriləcək Münhen Təhlükəsizlik Konfransında 35 dövlət və hökumət başçısı iştirak edəcək. Tədbirdə ABŞ-ı vitse-prezident Kamala Harris və dövlət katibi Entoni Blinkenin təmsil edəcəyi, Almaniya nümayəndə heyətinə kansler Olaf Şoltsun rəhbərlik edəcəyi gözlənilir.

Konfransda həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı planlaşdırılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər